• Express delivery

    Just in 2 hours

  • Professional service

    Consultation and aftersale service

  • Interest-free loan

    Birkart,Tamkart

  • Custumer care

Daha yaxşı fotoqraf olmaq üçün 7 məsləhət (1-ci hissə)

Daha yaxşı fotoqraf olmaq üçün 7 məsləhət (1-ci hissə)

Melek Babazadeh |

Daha yaxşı fotoqraf olmaq üçün 7 ipucu (1-ci hissə)

Foto çəkməyə yeni başlamısınızsa sizə verə biləcəyimiz bəzi tövsiyyələr var. Başlamadan əvvəl onu qeyd edək ki, bizim studioda fotoqrafiya və videoqrafiya kurslarına qoşularaq hər şeyi qısa müddətdə sıfırdan birbaşa professionallardan öyrənə bilərsiniz. Səhifəmizi izləmək üçün: pixelstudio.az

  1. Hər gün çəkin. İstedadlı olmaq kifayət etmir. Digər mövzularda olduğu kimi, burada da nə qədər çox praktika etsəniz, bir o qədər yaxşı fotolar çəkə biləcəksiniz. Əgər kameranız yanınızda deyilsə telefonla çəkin.

  2. Fotoaparatınızı həmişə özünüzlə götürün. Həyatın davam etdiyi zamanda nə vaxt, hansı kadrla rastaşa biləcəyinizi bilə bilməzsiniz. Həmişə fotoaparatınız yanınızda olarsa gözlənilməyən zamanda çox gözəl məqamları tuta bilərsiniz.

  3. İstifadə təlimatını oxuyun. Çox təəssüf ki, bizdə bir çox istifadəçilər fotoaparatın qutusundan çıxan istifadə təlimatını oxumadan bir kənara atır. Amma bu təlimat fotoaparatınızın istifadəsi ilə bağlı sizə bir çox şeyi izah edir. Onunla bir az vaxt keçirib kameranıza hakim olmağa çalışın.

  4. Tənzimləmələrə nəzarət edin və fotoaparatınızı yaxşı tanıyın. Çəkməyə başlayanda bəzən tənzimləmələri dəyişmək üçün vaxtınız bol olmaya bilər. Ona görə də bu nizamlamaları yaxşı öyrənin ki, bir neçə saniyədə sizə lazım olan dəyərlərə gətirə biləsiniz.

  5. Perspektivinizi dəyişdirin Biz dünyanı həmişə göz səviyyəsindən görürük. Aşağı əyilərək və ya hər hansı yüksəklikdən çəkilən fotoların kadrı əhəmiyyətli dərəcədə dəyişir.

  6. Çəkiliş rejimlərini öyrənin. Müasir fotokameralar çox ağıllıdır. Əksər hallarda lazımi nizamlamaları özü edə bilir. Amma bəzi ssenarilərdə əldə etmək istədiyimiz fotoya gözə fotoaparata nəyi necə etməli olduğunu biz deməliyik. Çəkiliş rejimləri ilə bağlı daha çox oxumaq üçün bu yazıya daxil ola bilərsiniz.

  7. Fotoqrafiyaya aid kitablar oxuyun. Nəzəri bilikləriniz nə qədər çox olarsa, praktikada bir o qədər yüksək nəticə əldə edə biləcəksiniz.

Leave a comment

Please note: comments must be approved before they are published.