Sony fotoaparat modellərində çəkim sayını necə öyrənək? İkinci əl fotoaparat alarkən aparatın bu günə qədər nə qədər foto çəkdiyini bilmək istəyərik. Amma bunu necə öyrənmək olar? Sony kameraları üçün sayğacı yoxlamaq qaydasını bu yazıda görə bilərsiniz.
Hər şeydən əvvəl, shutter ilə başlayaq. Shutter - yəni pərdə, hər bir kadr çəkilən zaman hərəkət edir. Bu hərəkətlərin sayına baxaraq fotoaparat ilə neçə ədəd şəkil çəkilib onu bilə bilərik. Shutter həmçini fotoaparatın ən həssas hissələrindən biridir və onun müəyyən bir ömrü var. Ona görə də ikinci əl fotoaparat almaq istəyən zaman, onun shutter sayına fikir vermək lazımdır. Bu adətən 100.000-200.000 kimi rəqəmlər olur, amma bəzi hallarda və bəzi üst modellərdə 500.000 və daha çox rəqəmlərə rast gəlmək mümkündür.
Bəs hazırkı pərdə sayını necə öyrənmək olar? Sony fotoaparatı ilə çəkilən hər hansı fotonu Picture information extractor proqramına yükləyirik. Pulsuz olan bu proqram sayəsində fotoda olan EXIF məlumatlarını oxuya bilirik. Buradakı linkdən proqramı yükləyə bilərsiniz.
- Proqramı komputerinizə quraşdırın.
- Sonra hər hansı bir RAW şəkil seçin.
- Sağ üst bölmədən EXIF kateqoriyasını açın
- “Shutter count” yazılan yer bu kameranın çəkmiş olduğu kadr sayıdır.
Alternativ olaraq, əgər heç bir proqram yükləmədən sayğac öyrənmək istəyirsinizsə, bu zaman SONY Alpha shutter/image counter linkindən istifadə edə bilərsiniz. Açılan pəncərəyə kamera ilə çəkdiyiniz son şəkli əlavə edin və kadr sayını öyrənin.
Bu kimi daha faydalı məlumatlar üçün bizi izləyə bilərsiniz: Tex.az Pixelstudio.az