• Express delivery

    Just in 2 hours

  • Professional service

    Consultation and aftersale service

  • Interest-free loan

    Birkart,Tamkart

  • Custumer care

Daha yaxşı fotoqraf olmaq üçün 7 məsləhət (2-ci hissə)

Daha yaxşı fotoqraf olmaq üçün 7 məsləhət (2-ci hissə)

Melek Babazadeh |

Foto çəkməyə yeni başlamısınızsa sizə verə biləcəyimiz bəzi tövsiyyələr var. Başlamadan əvvəl onu qeyd edək ki, bizim studioda fotoqrafiya və videoqrafiya kurslarına qoşularaq hər şeyi qısa müddətdə sıfırdan birbaşa professionallardan öyrənə bilərsiniz. Səhifəmizi izləmək üçün: pixelstudio.az

  1. Histogram-ı istifadə edin. LCD ekran aldadıcı ola bilər. İşığın kadr üzrə doğru paylandığını, normadan çox işıq və ya qaranlıq olmadığına əmin olmaq üçün Histogram-ı öyrənməkdə fayda var.

  2. RAW çəkin. Daha çox yer tutsa da, RAW fotoların üzərində sonradan daha çox düzəlişlər etmək mümkün olduğuna görə, bu sizin fotonu “editləmək” bacarıqlarınızı da inkişaf etdirəcək.

  3. Mövzuya yaxınlaşın. Robert Capa, “Əgər fotonuz kifayət qədər yaxşı deyilsə deməli məsələyə kifayət qədər yaxın deyilsiniz” demişdir. Əgər mümkünsə kadrı subyektinizlə doldurun.

  4. Ştativ istifadə edin. Görüntüləri yavaşlatmaq üçün ştativ ən yaxın dostunuzdur. Bundan əlavə, ştativ ilə çəkilən fotolar kəskin olur və titrəmənin qarşısını almış olursunuz. Ştativ modellərinə tex.az -dan baxa bilərsiniz.

  5. İşığı axtarın. İşıq fotodakı hər şeydir. Buna görə də hətta foto çəkmədiyiniz vaxtlarda belə, işığa, kölgələrə, günəş şüasının qırılmasına, süni və təbii işıqlara fikir verin. Əgər işığı düzgün görə bilsəniz çox yaxşı nəticələriniz olacaq.

  6. Kölgədən qorxmayın. Adətən yeni başlayanlar fotonun hər tərəfinin işıqlı olmasını istəyir. Lakin kölgə düzgün istifadə olunarsa səhnənin xüsusi havası olur. Kölgə əhval ruhiyyəni bildirir. Kölgə fotoya dərinlik verir. Kölgədən istifadə edin.

  7. Linzalarınızı tanıyın. Fərqli linzalar eyni görüntünü fərqli görür. Bunu öyrənin. Məsələn telefotoların görüntünü kompress etdiyini bilmək görüntünü necə dəyişəcəyi barədə əvvəlcədən məlumatlı olmağınız üçün yaxşıdır.

Leave a comment

Please note: comments must be approved before they are published.