• Ekspress çatdırılma

    Cəmi 2 saat ərzində

  • Professional yanaşma

    Konsultasiya və dəstək

  • Faizsiz taksit

    Birkart, Tamkart ilə

  • Müştəri xidmətləri

Gecə çəkiliş qaydaları

geceler-sekil-cekmek-qaydalari

Emil Jafarli |

Fotoaparat ilə axşamlar çəkiliş etmək üçün vacib qaydalar.

Bəli, fotoaparat almaq istədik və aldıq. Artıq fotoaparatımız var. İstədiyimiz qədər foto çəkə bilərik. Bakıda çəkiliş etmək üçün çox sayda yerlər var. Axşam vaxtı maraqlı bir məkan tapırıq və gedirik. Amma çəkdiyimiz fotolar heç də ürəkaçan olmadı... Nə etmək olar? Qaranlıqda necə yaxşı foto çəkmək olar? İşıq zəif olan məkanlarda necə etmək lazımdır ki şəkil bulanıq alınmasın. Fotoaparatınız istər Canon, Nikon, Sony və digər marka olmasından asılı olmayaraq, bəzi qaydalar ümumidir və biz sizə bu yazıda əməl etməli olduğunuz ən vacib qaydaları demək istəyirik. Başladıq.

 

1. Manual rejimə keç 

Manual rejim düşündüyünüz qədər çətin deyil əslində. Xüsusən də gecə çəkilişlərində bu çox asandır və olmazsa olmazdır.

 

2. Fotoaparata dəstək ver

Fotoaparatın əsməsinin qarşısını almaq lazımdır. Gecə çəkilişlərində pərdənin açılıb yenidən bağlanma vaxtı çox uzun müddət çəkdiyi üçün, cüzi titrəmə bütün şəkli məhv edə bilər. Buna görə də ya ştativ ilə, ya da fotoaparatı müəyyən sabit bir səthə qoyaraq dəstək vermək lazımdır. Ştativlərə buradan baxa bilərsiniz

 

3. Diafraqmanı maksimum dərəcədə aç

Diafraqma nədir deyəcək olsanız, qısa desəm, obyektivin nə qədər işıq buraxma qabiliyyəti olduğunu göstərir. Diafraqma nə qədər çox açılarsa, fotoaparat sensoruna bir o qədər çox işıq daxil ola bilər. Obyektivin diafraqmasının dəyəri F ilə göstərilir. Bu rəqəm nə qədər kiçik olarsa, bir o qədər yaxşıdır. Məsələn, F/2.4 diafraqmada çəkilən foto F/4 də çəkilən şəkildən çox işıqlı və aydındır. Burada isə biz obyektivin imkan verdiyi qədər açmalıyıq. Lakin məkanın dərinliyini də burada nəzərə almalıyıq.

 

4. Pərdə sürətini azalt

Pərdə sürətini 10 saniyəyə gətir. Fotoaparatda "shutter speed" olaraq qeyd olunan nizamlama məhs bunun üçündür. Bu bir az təəccüblü gələ bilər bəli. Bir kadrı 10 saniyəyə çəkmək? Bəli. Elə məhz buna görə də bizə ştativ lazım olduğunu yuxarıda yazmışdım. 10 saniyəyə əldə etdiyimiz ilk fotodan sonra müəyyən təsəvvür yaranacaq və ehtiyac yaranarsa vaxtı bir az da uzadıb və ya qısalda bilərik.

 

5. ISO dəyərini 1600-də saxla

ISO nədir? Iso fotoaparatda süni işıq rolunu oynayır. Proqramın köməkliyi ilə sanki daha işıqlı məkanda çəkilmiş foto effekti yaradır. Əladır, elə deyilmi? Bir dəqiqə... Hər şey o qədər asan olsaydı nə var idi ki. Burada bir əmma var. İSO dəyəri nə qədər çox olarsa, fotoda "Noise" adı verilən nöqtələr yaranmağa başlayır. Deməli, ISO dəyərini mümkün qədər aşağıda saxlamaqda fayda var. Müasir fotoaparatlarda iso dəyəri 100-dən başlayır. 1600 dəyərinə qədər yaxşı və təmiz fotolar əldə etmək mümkün olur çox vaxt. Lakin mümkün qədər aşağıda tutmaqda fayda var.

 

Bundan sonra isə, nəticələrə baxaraq ISO, Shutter speed və F dəyərlərini yenidən nizamlayıb istədiyimiz nəticəni əldə edənə kimi davam edə bilərik.

Bu kimi faydalı postları oxumaq üçün tex.az saytını izləməyə davam edin. Belə postlar və endirimlər haqqında vaxtında xəbər tutmaq üçün instagram səhifəmizi bu linkdən izləyə bilərsiniz. 

 

 

Şərh yaz

Şəhlər moderator yoxlanışından sonra dərc olunur.