1. Ümumi qaydalar
Biz, Tex.az olaraq sizin hər sifarişinizdən maksimum məmnun qalmağınız üçün çalışırıq. Buna görə də, satış öncəsi maksimum konsultasiya, video təlimatlar və saytımızda məhsul haqqında geniş məlumatlarla geri qaytarılma hallarını minimuma endiririk. Lakin yenə də, aldığınız məhsulu geri qaytarmaq istəsəniz, bu qaydalar da Azərbaycan Respublikası İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunla tənzimlənir.
2. Geri qaytarılma halları
- Defekt və ya Zədələnmiş Məhsullar: Əgər sifarişinizdə defektli və ya zədələnmiş bir məhsul aşkarlasanız, məhsulu qəbul etdikdən sonraki 7 gün ərzində bizimlə əlaqə saxlayaraq geri qaytarılma prosesini başlaya bilərsiniz.
- Açılmamış və İstifadə Edilməmiş Məhsullar: Defektli olmayan məhsulların geri qaytarılması üçün məhsulun orijinal vəziyyətində, açılmamış və istifadə edilməmiş olması tələb olunur. O cümlədən, Qutunun açılmadığını göstərən blom, yarlıq və s. elementlər yerində olmalıdır. Bu növ məhsullar üçün geri qaytarılma məhsulu əldə etdikdən sonra ən geci 14 gün ərzində olmalıdır.
3. İstisnalar
- Gigiyena səbəbindən, və ya fərdiləşdirmə olunmuş bəzi məhsullara geri qaytarılma üçün məhdudiyyətlər tələb oluna bilər.
4. Geri qaytarılma prosesi:
- Bizimlə Əlaqə: İlk olaraq sifairş xətti ilə zəng və ya whatsapp vasitəsilə müraciət.
- Alış sənədləri: Qaytarılma tələbinin yerinə yetirilməsi üçün kassa çeki və s. alış sənədləri tələb olunur.
- Qablaşdırma: Məhsulün bütün orijinal paketləri və aksesuarları ilə təmin edilmiş olmasına diqqət yetirin.
- Qaytarılma zamanı göndəriş xərcləri: Əgər defekt bizim tərəfimizdən və ya birbaşa məhsuldan qaynaqlanırsa, göndəriş xərclərini biz qarşılayırıq. Digər hallarda, məhsulun çatdırılması və geri qaytarılması üçün nəqliyyat xərcləri alıcı tərəfindən qarşılanır.
- Qaytarılma və ya dəyişdirilmə: Geri qaytarılan məhsul qəbul edildikdən və inspeksiyadan keçdikdən sonra, qəbul olunub-olunmadığı barəsində məlumat 1 iş günü ərzində müştəriyə bildirilir. Geri ödəniş satış zamanı olunan ödəniş mənbəyinə 3 gün ərzində geri qaytarılır.
5. İstisnalar
- Qutusu açılmış və istifadə olunmuş məhsulların qaytarılması məhsulun vəziyyətinə bağlı olaraq yenidən stoklama xərcinin müştəri tərəfindən ödənilməsi ilə mümkün ola bilər.
6. Əlaqə
Geri qaytarmalarla bağlı hər hansı bir sualınız varsa, +994773381000 nömrəsindən bizimlə əlaqə saxlaya bilərsiniz.