CF kartlar
CF kart yeni texnologiya olmasa da bir sıra əvvəlki nəsil professional kameralar tərəfindən istifadə olunan kartdır. Məsələn Canon 5D Mark, 5D Mark II , Canon 50D və bir sıra kamera üçün kart axtaran zaman CF kart yeganə seçimdir. CF kart qiyməti SD karta görə baha olması onun əksər SD kartlardan sürətli olması və getdikcə daha az istehsal olunmasına görədir.