• Ekspress çatdırılma

    Cəmi 2 saat ərzində

  • Professional yanaşma

    Konsultasiya və dəstək

  • Faizsiz taksit

    Birkart, Tamkart ilə

  • Müştəri xidmətləri

ISO nədir? Fotoaparatda ISO hansı dəyərdə olmalıdır?

ISO nədir? Fotoaparatda ISO hansı dəyərdə olmalıdır?

Emil Jafarli |

Yeni başlayanlar üçün ISO bir az çaşdırıcı ola bilər.
Fotoaparatda ISO nədir? Nə işə yarayır? ISO hansı rəqəmdə olmalıdır? Bu mövzuda qısa, ən vacib məlumata nəzər salaq.

ISO fotoqrafiyada 3 vacib amildən biridir (Digər ikisi diafraqma və pərdə sürəti). ISO sadə dildə desək çəkilən fotonu daha işıqlı edən və ya qaraldan kamera sazlamasıdır. Daha qaranlıq məkanlarda daha işıqlı foto çəkmək istəyirsənsə, ISO dəyərini artıraraq işıqlı foto almaq mümkündür. Aşağıdakı nümunəyə baxaq:

 

Əksər kameralarda ISO 100 ilə 6400 arası dəyişir. ISO-un kiçik həddi nə qədər aşağı olarsa bir o qədər yaxşıdır. Lakin, hər gözəlin bir eybi olduğu kimi, burada da bir əmma var 🙂 ISO dəyərini mümkün olduqca aşağıda tutmaqda fayd var. İlk növbədə pərdə sürəti və diafraqmadan kömək almaq lazımdır, ən son mərhələdə ISO-nu bir az artırmaq olar. (Gecə çəkilişini etməklə bağlı postu buradan oxu) Çünki, ISO dəyəri nə qədər çox artarsa fotolarda "Noise" adlandırılan nöqtələr meydana çıxmağa başlayır ki bu da yaxşı hal deyil. Aşağıdakı nümunəyə baxaq:

 

 

Gördüyünüz kimi, ISO nə qədər kiçik olarsa, bir o qədər yaxşıdır. Lakin işıqlanmaya və əldəki imkanlara görə optimal ISO dəyərini tapmaq olar.

ISO-nu seçərkən aşağıdakı 4 sualı özümüzə verməliyik:

  1. Çəkdiyim obyekt hərəkət edirmi? (Hərəkət etmirsə ISO artırmaq əvəzinə pərdə sürətini azaltmaq daha yaxşı nəticə verəcək)
  2. Ştativim varmı? (Əgər ştativiniz varsa, pərdə sürətini daha aşağıda saxlayaraq, mümkün ən aşağı iso dəyərlərində şəffaf fotolar əldə edə bilərsiniz)
  3. Məkanın işıqlandırılması necədir? (Daha işıqlı məkan = daha aşağı İSO)
  4. Mən nə qədər təmiz foto istəyirəm (Qeyd olunduğu kimi, ISO dəyəri nə qədər yüksək olarsa, foto bir o qədər "grainy" olur)

Son olaraq, əksər ssenarilərdə istifadə edə biləcəyiniz ISO dəyərlərini yazıram. Qeyd edim ki, bu dəyərləri siz özünüz də vəziyyətə görə və yuxarıdakı sualları özünüzə verərək dəyişə bilərsiniz.

100-200 ISO: Açıq havada günəş altında çəkilən fotolar üçün

400 ISO: Buludlu havada və ya qapalı məkanda lakin pəncərə işığı olan ərazidə çəkilən fotolar üçün

800 ISO: Qapalı məkan və fləş olmadan çəkiliş üçün

1600+ ISO: Daha az işıqlandırılan ərazilər

Bu kimi faydalı postları oxumaq üçün tex.az saytını izləməyə davam edin. Belə postlar və endirimlər haqqında vaxtında xəbər tutmaq üçün instagram səhifəmizi bu linkdən izləyə bilərsiniz. 

Şərh yaz