Videonu hansı FPS də çəkmək lazımdır ?
Fikir vermisinizsə, kameranın video tənzimlənmələri bölməsində FPS dəyəri olaraq 24, 25, 30 və s. kimi dəyərləri seçə bilirik. Bəzi modellərdə 50, 60, 100, 120 və s dəyərləri də görmək mümkündür. Bəs bu rəqəmlər nəyi ifadə edir?
Bilirik ki, video fotoların birləşməsinən ibarətdir. FPS (Frame Per Second) video zamanı bir saniyəyə neçə kadr foto yerləşməsini müəyyən edən dəyərdir. 24 FPS 1 saniyədə 24 kadr, 30 FPS isə 1 saniyədə 30 kadr deməkdir.
Bəs hansını FPS dəyərini seçək?
İlk olaraq qeyd etmək lazımdır ki, çəkilişi edərkən harada yayımlamaq lazım olacağını nəzərə almaq lazımdır. Amerikada qəbul olunmuş "NTSC" standartı 60 hertzi dəstəkləyir. Yəni, istifadə olunan elektrik cihazlarının, o cümlədən televizorların tezliyi 60 hertzdir. Televiziya üçün video çəkərkən saniyədəki kadr sayımız 30, 60, 120 və ya 240 ola bilər. Avropada və digər yerlərdə isə "PAL" standartı tətbiq olunur ki bu da 50 hertzə bərabərdir. Ona görə də kameralarımızdan video standartını PAL sisteminə dəyişən zaman 25, 50, 100 kimi dəyərlər görürük. İnternet videolarında heç bir məhdudiyyət olmasa da, televiziya üçün bu dəyərlərə diqqət etməkdə fayda var. Bəs 25, 50, 100 kimi fps dəyərlərindən hansını seçək?
Çəkilən videonu sonradan yavaşlatmaq kimi istəyimiz varsa, daha yüksək FPS ilə çəkmək lazımdır. Məsələn, 50 FPS ilə çəkilən videonu montajda 2 dəfə yavaşladaraq 25 FPS ilə 2 dəfə, yəni 50 faiz yavaşladılmış video əldə etmək mümkündür. 100 FPS ilə çəkilən videonu isə 4 dəfə yavaşlatmaq mümkündür. Unutmaq olmaq ki, 25 FPS dən aşağı kadr sayına malik olan videoda axıcılıq olmayacaq və video estetik alınmayacaq. Əgər videoları yavaşlatmaq kimi məqsəq yoxdursa, yüksək FPS dəyərlərində çəkmək videoya əlavə keyfiyyət gətirmir. Videonun keyviyyəfi onun ölçüsü, bit-reyt dəyərləri və s bəzi faktorlardan asılıdır. 24 FPS isə sinematik videolar üçün standart sayılır. Bəziləri 24 FPS-in daha sinematik göründüyünü iddia etsə də, insan gözü 24 və 25 fps-i ayıra bilmir. Filmlərdə 24 FPS istifad olunmasının səbəbi isə, əvvələr istifadə olunan film lentaları ilə bağlıdır. Onların quruluşu saniyəyə 12 və ya 24 kadr yerləşdirməyə imkan verirdi. 12 kadr axıcı olmadığı üçün bütün dünyada 24 kadr standart olaraq qəbul olunmuşdu.