• Ekspress çatdırılma

    Cəmi 2 saat ərzində

  • Professional yanaşma

    Konsultasiya və dəstək

  • Faizsiz taksit

    Birkart, Tamkart ilə

  • Müştəri xidmətləri

Prime lens nədir? Praym obyektivin üstünlükləri nələrdir?

Prime lens nədir? Praym obyektivin üstünlükləri nələrdir?

Emil Jafarli |

Linza alarkən "Praym" yaxud da "Zoom" terminləri ilə rastlaşmısınız yəqin ki.
Bu yazıda praym linzalar haqqında danışacam. Nə üçün istifadə olunur, üstünlükləri nədir və nəyə görə daha çox praym linzalar istifadə olunur?

Praym linzalar sadə dildə desək sabit fokal uzunluğuna malik linzalardır. Yəni, zoom xüsusiyyəti olmayan, tək baxış bucağına sahib obyektivlərdir. Bu obyektivlərə bəzən "Fix" adı da verilir. Praym linza ilə subyektə yaxınlaşıb uzaqlaşmaq mümkün deyil. Amma zoom linzalarla yerinizdən tərpənmədən obyektivi zoom edərək yaxınlaşıb uzaqlaşmaq mümkündür.

Praym linzalar içində daha az optik elementlər olduğu üçün və sabit bir uzaqlığa fokuslandığı üçün bu linzalar çox kəskin linzalar olur və distortion olmayan nəticələr əldə etməyə kömək olur. Sabit fokus uzaqlığına malik bu linzalar ilə çox keyfiyyətli portret fotoları çəkmək mümkündür.

Praym linza istifadə etməyin digər üstünlükləri.

Praym linzalar zoom linzalara görə daha kiçik, kompakt, daha yüngül olurlar. F/2.8, F/1.8, F/1.4 kimi açıq diafraqmalara malik olması onların nə qədər sürətli olduğunun sübutudur. Açıq diafraqma sayəsində daha az işıqlı yerlərdə maksimum keyfiyyət əldə etmək mümkün olur. Keyfiyyətli zoom linzalarına görə keyfiyyətli praym linzalar daha ucuzdur və zoom liznalara görə daha tez fokuslanma əldə olunur. Bu linzalarda daha az element olduğu üçün daha kəskin fotolar çəkmək mümkündür. Bu səbəbdən də, fokus və kəskinlik ön planda olduğu zaman fotoqraflar praym linzalara üstünlük verir. Yekun olaraq praym linzaların üstünlükləri:

  • Fokus sürəti
  • Yüngül çəki
  • Daha uyğun qiymət
  • Daha işıqlı fotolar
  • Dərinlik effekti (DOF)

 

Məsələ fotoqrafiyadırsa, bir çox professional yeni başlayanların sadəcə 1 praym linza ilə başlamasını tövsiyyə edir. Bu zaman sabit fokus nöqtəsi olduğundan, subyektə yaxınlaşıb uzaqlaşmalısınız. Beləcə daha yaxşı kompozisiyalar əldə etmək üçün yaxşı praktika etmiş olacaqsınız. Həmçinin dərinlik effekti də yaxşı olduğu üçün subyekti ön plana çıxararaq arxa fonu bulanıqlaşdırmaq praym linzalar ilə çox asandır.

Qısaca, bir zoom linza əvəzinə fərqli fokal uzunluqlara sahib 2-3 praym linza ilə işləmək sizə daha çox fayda verəcək.

Praym linzalar və onların qiymətləri ilə bağlı buradan məlumat ala və sifariş verə bilərsiniz.

 

Şərh yaz

Şəhlər moderator yoxlanışından sonra dərc olunur.