Ayın şəklini necə çəkmək olar? Ay fotosu çəkmək üçün kamera nizamlamaları və ipucları.
Yaz və yay aylarında ayın fotolarını çəkmək üçün yaxşı fürsətlər yaranır. Gözəl bir ay fotosu çəkmək ən vacib şərtlərdən biri təmiz havadır ki bu da adətən yaz və yay aylarında, xüsusən də yağışdan sonra meydana çıxır. Xüsusilə də yay aylarında yağan hər hansı bir qısa yağış bizə çox gözəl şans yaradır.
Hava şəraiti uyğundursa, ondan sonra edəcəyimiz ikinci addım yüksəklik tapmaqdır. Ən azı 1000 metr dəniz səviyyəsindən yüksək olmaq lazımdır. Həm işıq kirliliyindən qurtarmaq üçün, həm də atmosferin aşağı qatında olan tozlardan azad olmaq üçün bu addım çox vacib addımdır.
Bəzi fotolarda ay necə böyük görünə bilir?
Bu fotoda ayın böyüklüyü fotoya xüsusi gözəllik verir. Bəs bu necə əldə olunur? Təbii ki, ayı böyütmək mümkün deyil. Burada kiçik bir hiylə ilə onu böyük göstərmək olar. Belə ki, ilin müəyyən zamanlarında (Mart və sentyabr) ay dünyamıza daha yaxın olur. Çəkilişi edərkən nə qədər uzaqlaşsaq bir o qədər yaxşıdır. Çünki o məsafədə ay kiçik görünməsə də digər obyektlər daha kiçik görünəcək. Bu nümunə fotoda fotoqraf Pete ağaclardan 3km geriyə getmişdir.
Ay fotoları çəkmək üçün fotoaparat ayarları necə olmalıdır?
Bu o qədər də çətin məsələ deyil əslində. Əsas olan ayın səthi görünməlidir və parlaq olmalıdır.
- Ayın səthində düzgün fokuslanmanı etmək üçün fokal uzunluq minimal olaraq 300mm olmalıdır.
- Ən aşağı ISO dəyəri istifadə edin. Bu həm ay səthindəki detalları görməyə imkan verəcək, həm də aydan kənarda qalan qaranlıq yerlərdə "Qumlanma" dediyimiz effektin yaranmasının qarşısını alacaq.
- Ay çox uzaq məsafədə olduğu üçün diafraqma seçimi o qədər də əhəmiyyət kəsb etmir. F/5.6 ilə F/8 arası diafraqma ən uyğun olacaq.
- Ay fotosu çəkərkən uzun pozlama tələb olunmur. 1/20 saniyəni keçmədən çəkilən fotolar ayın daha aydın olmasına gətirib çıxaracaq. Sadəcə 1 saniyə qədər pozlama olunsa ay parlaq bir kürəyə oxşayacaq və heç bir aydınlıq olmayacaq
- Əgər manual nizamlamadan əmin deyilsinizsə, pərdə sürətli öncəlikli rejimi istifadə edin (Shutter priority, TV). Əsas olan ayın uzun pozlanmaması və havanın qaranlıq səviyyəsindən asılı olaraq 1/20 ilə 1/250 arası bir dəyər istifadə olunmasıdır.
- Ştativ istifadə edin. Bu titrəmələri aradan qaldıracaq. Hətta mümkünsə çəkmə düyməsinə əl ilə basmayın. Ya taymer istifadə edin ya da uzaqdan idarəedici. (Ştativlər burada)