• Экспресс-доставка

    Всего за 2 часа

  • Професиональные услуги

    Консультации и послепродажное обслуживание

  • Беспроцентный кредит

    Биркарт,Тамкарт

  • Забота о клиентах

Fotoqrafiya haqqında inanmamalı olduğunuz 6 mif

Fotoqrafiya haqqında inanmamalı olduğunuz 6 mif

Emil Jafarli |

Xüsusilə də fotoqrafiyaya yeni başlayanlar bu qarışıq informasiyalarla rastlaşır. Doğru bilinən bir çox məlumatın əslində yanlış olduğunu sizə desək necə olar? Gəlin indi sizə israrla doğru deyə qəbul etdirilən amma əslində həqiqəti əks etdirməyən bu miflər nədir, onlara baxaq.

1. Daha çox foto çəkən zaman ən yaxşı kadrı əldə etmək olur.

Bəzən gözəl bir mənzərə görən zaman bir ədəd gözəl kadr əldə etməyi ümid edərək onlarla foto çəkirik. Bu yanlışdır. Çünki, bucaq, kompozisiya, işıqlandırma kimi faktorlar çox önəmlidir. Buna görə də gözəl bir mənzərə ilə rastlaşanda dayanmadan çox çəkmək əvəzinə yuxarıda sadalanan elementlərə fikir verməkdə vayda var. 100 ədəd fotodan 5-6 yaxşı foto əldə etməkdənsə, 10 ədəd yaxşı foto çəkməyə fokuslanın. Beləlikdə həqiqətən də gözəl 2-3 foro əldə edə bilərsiniz. Daha az, amma daha gözəl və düzgün.

2. Professionallar ancaq Manual rejimdə çəkir.

Yəqin ki siz də yazıları oxuyan zaman və ya videoları izləyən zaman manual rejimin ən yaxşısı olduğunu eşitmisiniz. Lakin bu heç də belə deyil. Bütün professional fotoqraflar həmişə manual rejim istifadə etmir. Vəziyyətə uyğun olaraq diafraqma öncəlikli rejim və ya pərdə sürəti öncəlikli rejim fotoqrafa daha çox zaman qazandırır. Qalan vaxtı isə kompozisiya qurmağa sərf etmək daha yaxşı olar. Fotoaparat rejimləri haqqında daha ətraflı bilmək istəyirsinizsə fotoaparat rejimləri adlı bu yazımızı oxuya bilərsiniz.

3. Daha yaxşı fotoaparat = Daha yaxşı foto

Həqiqətən də yaxşı fotoqraf üçün hansı fotoaparatı istifadə etməyinin elə də əhəmiyyəti yoxdur. Smartfon istifadə edərək də gözəl kadrlar əldə etmək mümkündür. Çünki fotoqrafiya estetika və texnikanın birləşməsidir. Estetika: Kompozisiya, işıq, fotodakı məzmunu və hekayəni izah edə bilmə bacarığıdır və bunlar daha yaxşı fotokamera ilə inkişaf etdirilə bilməz. Ən bahalı fotoaparat ilə də yuxarıda sadalanan məqamlara diqqət edilmədən çəkilən fotolar heç bir məna kəsb etmir. Buna görə də özünüzü inkişaf etdirməyə önəm verin.

4. Full Frame kamera Crop sensordan daha yaxşıdır.

Full Frame fotoaparat modelləri tam kadrlı sensora sahibdirlər. Crop (yəni kəsilmiş, yarım ölçülü) fotoaparatların sensor ölçüsü isə Full Frame aparatlara görə daha kiçikdir. Buna görə də full frame aparatlar daha böyük sensora sahib olduğu üçün aşağı işıqda daha yaxşı performans verir, sahə dərinliyi daha yaxşı olur, daha yaxşı dinamik aralığı kimi özəllikləri ilə seçilir. Lakin bəzən Full Frame kameralar ən yaxşı seçim olmaya bilir. Məsələn, təbiət çəkilişləri, vəhşi heyvanlar ya da idman fotoqrafiyası zamanı. Daha çox yaxınlaşmağa ehtiyac olunan zaman crop sensorlar sizə əlavə 1,5x zoom verir. Bundan əlavə, crop kameralar daha ucuz olmasından əlavə, onların linzaları və digər aksesuarları da Full frame kamerala görə daha ucuzdur. Çəkiliş keyfiyyəti isə zoom faktorunu nəzərə almasaq tamamilə eynidir. Full frame sensorlar haqqında daha ətraflı oxumaq üçün bu yazıya nəzər yetirə bilərsiniz.

5. Kamera linzadan daha vacibdir.

Kadrın ortaya çıxması prosesində ən önəmli hissə fotoaparatın sensorudur. Lakin, əgər sizin sensorunuz ən üst səviyyədə olsa da, keyfiyyətsiz lupaya və şüşəyə sahib obyektiviniz varsa, bu zaman əldə edəcəyiniz görüntü linzanın sizə verdiyi qədər olacaq. Arxa fon bulanıqlığı, diafraqma kimi məsələlər də demək olar ki birbaşa linzadan asılı olan amillərdir. Əgər ki fotoaparatınızı dəyişməyi düşünürsünüzsə, linzanı dəyişməyi düşünün. Ola bilər ki problem həll oldu.


6. Ən kiçik diafraqma = ən təmiz görüntü

Bilirik ki, fotoda bütün kadrın fokusda qalmağını istəyiriksə, daha kiçik diafraqma açıqlığı seçirik. Bu rəqəm ilə daha böyük olandır. Məsələn, F/22. Kadrın bütün hissələrinin fokusda qalıb kəskin olmasını istəyərkən bu rəqəmi F/20, F/30 kimi dərəcələrə qaldırmağın düzgün olmadığını desək? Belə ki, çox aşağı diafraqmalarda linzanın kəskinliyi azalır. Bu diafraqma ilə çəkilən fotolara diqqətlə baxsanız kəskinliyin zəif olduğunu görəcəksiniz. Ona görə də, linzanızdan asılı olaraq təxminən F/8-F/12 kimi intervalda qalmaqda fayda var. Təbii ki makro çəkilişlərdə F/22 kimi dəyərlərə ehtiyac yarana bilər, elə buna görə də makro linzaların kəskinliyi digər linzalardan fərqlidir.

 

7. Bonus. Daha çox megapiksel = Daha yaxşı görüntü

120 MP çəkən smartfonun 24 MP güzgüsüz, ya da DSLR kameradan daha yaxşı şəkil çəkmədiyini yəqin ki siz də bilirsiniz. Bunun səbəbi isə, MP dəyəri böyük olsa da, sensor ölçüsünün kiçik olmasıdır. Hətta videoda daha çox megapiksel hər bir pikselin ölçüsünün kiçik olmasına gətirib çıxardığı üçün daha pis görüntüyə səbəb olur.

Bu yazı faydalı oldusa digər yazılarımızı da oxuya bilərsiniz. Bizi instagramda izləməklə daha çox şey öyrənə, yeniliklərdən xəbərdar ola bilərsiniz.

Написать комментарий

Обратите внимание: комментарии должны быть одобрены до их публикации.