• Экспресс-доставка

    Всего за 2 часа

  • Професиональные услуги

    Консультации и послепродажное обслуживание

  • Беспроцентный кредит

    Биркарт,Тамкарт

  • Забота о клиентах

Foto və videoda işığın əhəmiyyəti

Foto və videoda işığın əhəmiyyəti

Shamo Naghiyev |

Foto və videoda işığın əhəmiyyəti

Fotoqrafiya termininin “işıqla yazmaq” mənasına gəldiyini nəzərə alsaq, rahatlıqla deyə bilərik ki, işıq burada ən önəmli faktordur. İşıq olmadan foto çəkmək mümkün deyil. Hər bir işığın fərqli mənası, fotoya və videoya qatdığı dəyər var. Yadda qalan və təsirli fotolar düzgün işıq dəyərləri ilə ortaya çıxır.

Qüsursuz fotolar çəkə bilmək üçün bütün işıq növlərini yaxşı anlamaq və işığı düzgün istifadə etmək lazımdır. Buna görə də işığı öyrənmək faydalıdır.

İşıq nədir?

“photo” sözü də yunan dilində işıq mənasına gəlir. İşıq, birbaşa dalğa halında yayılan elektromaqnit dalğalardır. Fərqli özəlliklər və sürətlərə sahib ola bilər. Fotoqrafiyada da ən böyük alət sayılan işıq müxtəlif metodlarla ilə istifadə olunaraq ortaya fərqli görüntülərin çıxmasına səbəb ola bilir. Düzgün işıq istifadəsi ilə mükəmməl kadrlar əldə etmək mümkündür.

Foto çəkilişlərində istifadə etdiyimiz müxtəlif işıq texnikaları var:

Təbii işıq: Günəş və ay işığı
Süni işıq: Led işıqlar.

Fotoqrafiyada işığın istifadəsi – Düzgün kadr düzgün işıqla mümkündür.

Foto çəkən zaman işıq hər yerdən gələ bilər. Fotoaparatlarda hazır gələn ayarlardan əlavə, fotoqrafın diqqət etməli olduğu müəyyən nüanslar var. İşığın istiqamətinə görə:

Qarşıdan gələn işıq: Subyektin üzərində kölgə və dərinlik verməz. Detalları və rəngləri göstərmək üçün istifadə oluna bilər. Portret çəkilişləri üçün əlverişli deyil.

Yandan gələn işıq: Kölgələrin yaranmasına səbəb olur. Konrast ortaya çıxdığı üçün daha dinamik kadr yaratmaq mümkündür. Üz, tekstura və s. çəkilişlərdə istifadə olunmalıdır.

Yuxarıdan gələn işıq: Adətən günorta saatlarında gördüyümüz həmin o işıq. Sərt kölgələr və parlaqlıqlar meydana gətirir. Bu şəkildə çəkiliş etmək adətən tövsiyyə olunmur.

Tərs işıq: Subyekt və ya modelin arxasında qalır. Görüntüdə tamamilə bir siluet ortaya çıxarır. Tərs işıq subyektin xarici formasını daha da qabarıq hala gətirir və konturları açığa çıxarır.

Spot işıq: Ağac, bina, bulud kimi açıqlıqlardan işıq süzülməsini misal göstərmək olar. Çəkilən subyektin bir qismini işıqlandırır.

Birbaşa gələn işıq: Qırılmadan gələrək birbaşa subyektin üzərinə düşən işıqdır.

Dolaylı gələn işıq: Qırılaraq və gücü azalaraq gəlir. Dağılma və ya əksolunma ilə fotoya fərqli abu-hava qatır.

İşığa uyğun olaraq çəkiliş edən zaman diqqət edilməli olan nüanslar:

  • Çəkiliş məkanının işığı əvvəlcədən araşdırılmalıdır.
  • Studio çəkilişlərində mövzuya görə işıq nizamlanmaları olmalıdır.
  • Zaman planlanması düzgün olmalıdır.
  • Məkanın özəllikləri yaxşı analiz olunmalıdır.
  • Məkanın təbii yoxsa süni işıq ilə işıqlandırılmalı olduğuna diqqət edilməlidir.
  • Diafraqma və pərdə sürəti əlaqəsinə görə hərəkət emək lazımdır.
  • Mümkün qədər təbii işıqlara üstünlük verilməlidir.

Yuxarıdakı nüanslara diqqət etdikdən sonra çox sayda praktika edərək hər dəfə daha yaxşı fotolar ortaya çıxarmaq olar. Unutmaq olmaz ki, işıq çox vacib mövzu olduğu üçün sadəcə 1 və ya 2 çəkilişdə mövzunu tam öyrənmək mümkün deyil. Təcrübə hər zaman sizi ən yaxşıya doğru bir az da yaxınlaşdıracaq.

Написать комментарий

Обратите внимание: комментарии должны быть одобрены до их публикации.