Naqilsiz mikrofon üçün əl tutacağı
Naqilsiz mikrofon üçün əl tutacağı Məhsul hazırda stokda yoxdur
Daha ətraflı
Daha ətraflı
Bu əl tutacağı naqilsiz yaxa mikrofonunun ötürücüsünü əldə tutulan müsahibə mikrofonuna çevirir. Ötürücünün klipsini tutacağın üstündəki cold shoe yuvasına taxın, köpük örtüyü geyindirin və reportyor mikrofonu kimi istifadə edin — küçə müsahibələri, vloq, təqdimat, toy nitqləri və tədbirlər üçün.
Əsas xüsusiyyətlər
- Cold shoe yuvası: ötürücünü klipsindən tutur və tutacağın üstündə saxlayır
- Köpük örtük: ötürücünü örtür, külək səsini və nəfəs zərbələrini azaldır
- Tutacaq: yumru, mat qara, ucu dairəvi — uzun müsahibədə əldə rahat dayanır
- Kabel və batareya yoxdur: tutacaq yalnız mikrofonu saxlayır; səs naqilsiz sisteminizlə həmişəki kimi ötürülür
Uyğunluq
Universaldır: klipsi cold shoe yuvasına taxılan naqilsiz yaxa mikrofonu ötürücülərinə uyğundur — Rode Wireless GO, DJI Mic, Synco G1, G2 və s.
Dəstdə
Əl tutacağı, köpük örtük. Mikrofon dəstə daxil deyil.
Kreditlə alış
Kreditlə alış
Mağazamızdan seçdiyiniz bütün məhsulları tək şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərsiniz. Həmçinin Birkart, Tamkart, Leokart taksit kartı vasitəsilə 12 aya qədər foto video texnikanı taksit ilə almaq mümkündür. Bundan əlavə, məhsullarımızı Birmarket platforması üzərindən, 24 ayadək kreditlə əldə edə bilərsiniz.
Çatdırılma məlumatı
Çatdırılma məlumatı
Məhsulu istəyə görə çatdırılma ilə sifariş edə bilərsiniz. Bakı və bölgələrə çatdırılma təşkil olunur. Çatdırılma müddəti 1-12 saat arasıdır.





