Hollyland Lark A2 Mini Duo (2TX+1RX usb-c)
Təsvir
Hollyland Lark A2 Mini Duo naqilsiz mikrofon dəsti vloqerlər, müsahibə aparanlar, məzmun yaradıcıları və smartfonla ya da kompüterlə səs yazanlar üçün nəzərdə tutulub. Dəst iki ötürücü (TX) və bir qəbuledici (RX) ilə gəlir, buna görə iki nəfərin səsini eyni vaxtda tək qəbuledici vasitəsilə yazmaq mümkündür. Qəbuledicinin USB-C qoşuluşu var və smartfon, planşet və noutbuklarla işləyir.
Hər ötürücü bir şarjla 7 saata qədər yazı aparır. Səs 48 kHz / 24 bit keyfiyyətində yazılır, süni intellekt əsaslı səs-küy azaltma funksiyası isə küçədə və səs-küylü mühitdə çəkilişlərdə nitqi daha aydın saxlamağa kömək edir.
Ötürücülər yaxaya taxılan yığcam formadadır, ona görə geyimə rahat bərkidilir və kadrda az nəzərə çarpır. Bu dəst ayrıca mikrofon kabeli və qəbuledici qurmaqla vaxt itirmədən, sürətli və səliqəli səs yazmaq istəyənlər üçün rahat seçimdir.
Xüsusiyyətlər
- Hansı cihaz üçün
- USB-C (Android, iPhone 15+)
- Mikrofon sayı
- 2 nəfərlik
- İmkanlar
- Səs-küyün ləğvi
Küləklik
Kreditlə alış
Mağazamızdan seçdiyiniz bütün məhsulları tək şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərsiniz. Həmçinin Birkart, Tamkart, Leokart taksit kartı vasitəsilə 12 aya qədər foto video texnikanı taksit ilə almaq mümkündür. Bundan əlavə, məhsullarımızı Birmarket platforması üzərindən, 24 ayadək kreditlə əldə edə bilərsiniz.
Çatdırılma məlumatı
Məhsulu istəyə görə çatdırılma ilə sifariş edə bilərsiniz. Bakı və bölgələrə çatdırılma təşkil olunur. Çatdırılma müddəti 1-12 saat arasıdır.