• Express delivery

    Just in 2 hours

  • Professional service

    Consultation and aftersale service

  • Interest-free loan

    Birkart,Tamkart

  • Custumer care

Fotoqraflığa yeni başlayanların etdiyi 3 səhv

Fotoqraflığa yeni başlayanların etdiyi 3 səhv

Emil Jafarli |

Fotoqrafiyaya yeni başlayanların ən çox etdiyi səhvlər nələrdir və başlanğıc səviyyədə hansı mövzularda diqqətli olmalıyıq? Bu yazıda danışacağımız mövzular əvvəl çox asan görünsə də, çox vaxt tənbəllik edib üzərində işləmədiyimiz mövzulardır.

 

Yeni bir fotoaparat almısınız və bu işə başlamaqda qərarlısınız. Əlbəttə ki, fotoqrafik bir baxışa sahib olmaq vaxt tələb edir. Uzun müddət praktikadan sonra gözlərimizlə daha fərqli görə bilirik. Yaxşı fotolar çəkməyi bacarmaq üçün səbrli olmaq, bu müddət ərzində daima öyrənmək və səhvlər edə-edə bol foto çəkmək lazımdır. İndi isə keçək bu yolda yol verilən ən əsas səhvlərə.

 

  1. Məlumat kitabçasını oxumamaq


    Çox təəssüf ki, əksər istifadəçi qutunu açan zaman məlumat kitabçasını bir kənara atır və heç vaxt üzünü açmır. Unutmayın ki, fotoaparatınız haqqında ən geniş və ən dəqiq məlumat o kitabçadadır. Üstəlik onları oxumaq üçün internet də lazım deyil. Onu da qeyd edim ki, bəzi markalat kitabçanın pdf versiyasını da yayımlayır və bu sayədə telefona, planşetə yükləyərək ehtiyac yarandıqda dərhal faydalanmaq mümkün olur.

  2. Avadanlıq almağa fokuslanmaq



    Təəssüf ki, yeni başlayanların ən çox etdiyi səhvlərdən biri də avadanlıq almaq həvəsidir. İlk əvvəllərdə bol foto çəkmək əvəzinə yeni linzalar, ştativlər, filterlər və digər aksesuarlara doğru istiqamətlənirlər. Əlbəttə ki, ehtiyaca görə avadanlıqları almaqda fayda var, lakin praktika etmək daha önəmlidir. Başqa fotoqrafların işlərinə baxaraq ilham almaq, öz stilinizi yaratmaq, daima oxumaq sizi daha da professional edəcək. tex.az saytında sizin oxumağıınız üçün bir çox yazılar yazılıb.

  3. Avto rejimdə çəkmək

    Avto rejimdə əvvəlki postlardan birində də qeyd etdiyim kimi, pərdə sürəti, ISO, diafraqma, ağ rəng balansı və s bütün dəyərləri fotoaparat özü nizamlayır. Yəni, bu halda fotoqrafiyaya yeni başlayan özünü inkişaf etdirmək üçün heç bir dəyərə müdaxilə edə bilmir, çünki hər şeyi fotoaparat özü "həll edib". Təbii ki ilk gündən M (Manual) rejimdə çəkin demirik, lakin avto rejimdə çəkiliş edən zaman hər hansı bir inkişafdan söhbət gedə bilməz. Avto rejimdə fotonu çəkdikdən sonra mütləq onun EXIF məlumatlarına LCD ekrandan baxmaq lazımdır. Hətta histogram qrafikini analiz etməyiniz yavaş yavaş işığa və səhnəyə daha yaxşı hakim olmağınıza kömək edəcək. Həmçinin, AV, TV kimi rejimlərdi də istifadə etməkdə fayda var. Bu rejimlərlə bağlı ətraflı oxumaq üçün daxil olun: Fotoaparat rejimləri

Leave a comment

Please note: comments must be approved before they are published.