Smallrig P200 Beauty Led panel
Smallrig P200 Beauty Led panel Məhsul hazırda stokda yoxdur
Daha ətraflı
Daha ətraflı
Smallrig P200 Beauty Panel video işığı rahat istifadə olunan, tez quraşdırılan, daşınabilən video işığıdır. Əsasən daxili məkanlarda makiyaj və gözəllik çəkilişləri üçün istifadə olunan işıq həmçinin açıq havada, foto və video çəkilişlər üçün istifadə oluna bilər. Cəmi 18mm qalınlığında olması onu çantanıza atıb özünüzlə aparmaq üçün imkan yaradır.
192 ədəd parlaq LED lampalar birlikdə 15W gücündədir və 2000 Lyumen işıq ilə təmin edir. İşığın rəng temperaturu isə 2500 Kelvin ilə 6500 Kelvin arasında dəyişə bildiyi üçün həm isti həm də soyuq tonlarda onu istifadə etmək mümkündür. CRI dəyərləri 98+ olduğuna görə bu işıqla çəkilən foto və videolarda dəri rəngi tonları realda olduğu kimi olacaq. Heç bir rəng dəyişikliyi ilə rastlaşmayacaqsınız. 9 ədəd xüsusi effektlə təchiz olunan işığı bir düymə ilə "Beauty" rejiminə keçirmək mümkündür.
İşığı istəyə görə həm USB-C ilə, həm də NP-F tipli batareyalarla istifadə etmək mümkündür. USB-C imkan verir ki istər evdə, istər də fərqli məkanlarda power bank ilə səhnənizi işıqlandırasınız. Hər iki tərəfində 1/4"-20 ölçülü aksesuar yuvası ilə işığı müxtəlif dayaqlara və ya aksesuarlara bağlamaq mümkündür.
Bütün Smallrig məhsulları kimi, bu işığı da siz rəsmi zəmanətlə, Smallrig-in Azərbaycandakı rəsmi təmsilçisi Tex.az-dan nağd və ya kreditlə əldə edə bilərsiniz.
Kreditlə alış
Kreditlə alış
Qeyd edək ki, hazırda yalnız şəxsiyyət vəsiqəsi ilə kredit təklif olunmur.
Çatdırılma məlumatı
Çatdırılma məlumatı
Məhsulu istəyə görə çatdırılma ilə sifariş edə bilərsiniz. Bakı və bölgələrə çatdırılma təşkil olunur. Çatdırılma müddəti 1-12 saat arasıdır.
Xüsusiyyətlər
Xüsusiyyətlər
-
İşığın gücü15W
-
Dəyişən rəng temperaturu (CCT)Var
-
USB-CVar
-
LCD ekranVar
-
NP-F batareya dəstəkliVar