Yeni fotoaparat almağın verdiyi zövq sözlərlə ifadə edilə bilməz. Əgər foto və video işinə həvəslisinizsə, bir fotoaparatın sizi nə qədər xoşbəxt edə biləcəyini çox yaxşı başa düşürük. Bu yazıda isə yeni fotoaparat alan zaman ilk olaraq etməli olduğunuz bəzi ən vacib sazlamalardan danışacayıq.

-
Vizoru gözünüzə görə tənzimləyin.
Hər kəsin vizordan baxış və görüş bucağı fərqlidir. Əgər vizordan baxanda gördüyünüz görüntü net deyilsə, vizorun yanında olan dioptrik düzəltmə çarxına nəzər yetirin. - və + ilə işarələnmiş bu çarxı fırladaraq ən net görüntünü görməyə çalışın. Sonra isə sabit saxlayın. Unutmaq olmaz ki hər birimizin görmə dərəcəsi fərqlidir. Hətta gözümüzdəki -0.5 dərəcə belə fotolarımıza təsir edə bilər. Bu səbəbdən də, xüsusən də manual fokus edilən zaman vizor tənzimlənməsi düzgün olmalıdır. -
Çəkiliş rejimləri və fokus metodu.
Sürətli çəkiliş zaman neçə kadr çəkilməsi, videoda fokusun sabit yoxsa canlı olması kimi nizamlamaları əvvəldən etməkdə fayda var. Baxmayaraq ki sonrakı mərhələlərdə onlar üzərində dəyişiklik etmək lazım gələ bilər. -
Şəkil keyfiyyəti JPEG, RAW, yaxud da hər ikisi.
Şəklin ölçüsü isə Large, Medium və s. Kimi dəyərlərlə ifadə olunur. Çəkəcəyiniz fotoların hansı formatda və hansı ölçüdə olacağını əvvəlcədən təyin etməkdə fayda var. Kartınız imkan verirsə, JPEG+Raw çəkmək tövsiyyə olunandır. Formatlar haqqında ətraflı oxumaq üçün daxil olun: Foto formatları