• Ekspress çatdırılma

    Cəmi 2 saat ərzində

  • Professional yanaşma

    Konsultasiya və dəstək

  • Faizsiz taksit

    Birkart, Tamkart ilə

  • Müştəri xidmətləri

Soyuq havada fotolar çəkmək üçün 3 əsas qayda

Soyuq havada fotolar çəkmək üçün 3 əsas qayda

Emil Jafarli |

Soyuq havada fotolar çəkmək üçün 3 əsas qayda

 

Havalar getdikcə soyuyur. Əgər bu yazını siz də qışda oxuyursunuzsa, yəqin ki bu yaxınlarda siz də soyuq havaların çətinliyi ilə üzləşmisiniz. Belə ki, soyuq hava həm fotoqraf üçün, həm də avadanlıq üçün çətinlik yaradır.

Soyuğun mənfi təsirinə məruz qalmadan yaxşı şəkil çəkmək və çox soyuq havada fotoaparatla foto çəkmək sualına cavab tapmaq istəyirsinizsə bu yazını sona qədər oxuyun.

  1. Poletilen çantalar Bu sizə bir az qəribə gələ bilər, amma soyuq havalarda avadanlıqları qorumaq üçün ən birinci lazım olan şey poletilen çantadır. Ağzı bağlana bilməlidir. Bu sizin cihazları kəskin hava dəyişmələrindən qoruyacaq, linzaları tərləmədən və s. qoruyacaq.
  2. Ehtiyyat bataryalar Normal şəraitdə kifayət edən batareyalar soyuqda sizi yarı yolda qoya bilər. Soyuqda batareyalar daha tez tükəndiyi üçün əlavələri götürməyi unutmayın. Həmçinin onları isti yerlərdə saxlamağa çalışın.
  3. Əlcək Çəkiliş zamanı sizə ən çox əlləriniz lazım olacaq. Temperaturu qorumaq üçün qalın əlcəklərdən istifadə edin. Şəhadət barmağının açıq olduğundan əmin olun.

Şərh yaz

Şəhlər moderator yoxlanışından sonra dərc olunur.