• Ekspress çatdırılma

    Cəmi 2 saat ərzində

  • Professional yanaşma

    Konsultasiya və dəstək

  • Faizsiz taksit

    Birkart, Tamkart ilə

  • Müştəri xidmətləri

Kosmetik məhsul çəkilişi üçün 7 ipucu

Kosmetik məhsul çəkilişi üçün 7 ipucu

Emil Jafarli |

Kosmetika məhsullarını keyfiyyətli çəkmək onları elektron ticarət saytlarında daha cəlbedici hala gətirir. Buna görə də kosmetik məhsulların çəkilişini professional şəkildə etmək həm sizi professional göstərəcək, həm də satışların artmasına gətirib çıxaracaq.

Bu yazıda qeyd olunan metodları tətbiq edərək uğurlu məhsul çəkilişi edə və satışlarınızı daha da artıra bilərsiniz.

1. Məhsulu təmizləyin.

Kosmetik məhsul çəkilişində məhsulun təmizliyi çox önəmlidir. Məhsulun görüntüsü müştərilərin diqqətini çəkib satışları artırmaq üçün vacib faktordur. Məhsulun üzərindəki toz, kir və ya buna bənzər ləkələr olarsa görüntülər o qədər də ürəyaçan olmayacaq. Təmiz görüntü müştərilərin məhsulun yeni və keyfiyyətli olması barəsində düşünməsinə kömək edəcək.

Buna görə də kosmetik məhsullar çəkərkən hər şeydən əvvəl məhsul yaxşı təmizlənməlidir. Əgər məhsula kifayət qədər yaxından baxsanız, üzərində nə qədər toz, kir və barmaq izi olduğunu görə bilərsiniz. Bunları sonradan düzəltmək çətin və vaxt aparan bir prosesdir. Əgər çəkiliş prosesində məhsulu hərəkət etdirmək lazım gəlsə, onu əlcək və ya nəm bir bez ilə götürməkdə fayda var.

 

2. Düzgün arxa fonu seçin.

Kosmetika məhsulları çəkilişində arxa fon da məhsul qədər önəmlidir. Arxa fon məhsula uyğun olmalıdır və kompozisiya mesajını düzgün bir şəkildə çatdırmalıdır. Unutmayın ki, düzgün arxa fon seçimi məhsullarınızın keyfiyyətini önə çıxardığı halda, yanlış seçilmiş arxa fon onu daha da bəsitləşdirir.

Adətən tək rəngli arxa fonlar ən yaxşı nəticəni verir. Məsələn, standart ağ rəng arxa fon elektron ticarət saytları üçün ən uyğun seçimdir. Fərqli rənglər isə müştərilərinizdə fərqli hisslər yarada bilər. Buna görə, fərqli rəngləri də sınamağı unutmayın.


3. Gradient və süzülmüş işıq istifadə edin.

İstər təbii işıq, istərsə də studio işığı istifadə edin. Gradient işıq sizə ən yaxşı kömək olacaq. Çünki, kosmetik məhsullar adətən parlaq və əksetdirici olur. Gradient işıqlandırma makiyaj və kosmetik məhsullarda fərq yaradır.

Kosmetik məhsul çəkilişlərində əksolunmalara səbəb olacaq softboks əvəzinə, difuzor (yumşaldıcı) istifadə etmək daha uyğundur. Bunun sayəsində əksolunmalar olmayacaq və daha yumşaq işıq əldə olunacaq.


4. Sahə dərinliyinə (F) nəzarət edin.

Məhsul çəkilişində adətən bütün məhsulu fokusda görmək tələb olunur. Kosmetika məhsullarında ən böyük diafraqma dəyərini istifadə etsəniz belə, bütün məhsulu fokusda saxlamaq mümkün olmaya bilər. Belə olan halda fərqli fokus nöqtələri ilə bir sıra görüntüləri çəkib sonradan montaj prosesində bu fotoları birləşdirmək ən kəskin görüntü ala bilmək üçün ideal bir metod olacaqdır.

 

5. Fərqli bucaqları yoxlayın

Kosmetika məhsullarının çəkilişi zamanı növbəti ipucu da, mümkün olduqca fərqli rakurslardan çəkiliş etməkdir. Tək bir rakursdan çəkilən fotoların hamısı eyni və monoton görünəcək. Məsələn kameranı məhsulun olduğu mövqedən daha altda yerləşdirən zaman məhsul daha böyük, daha cəsur və iddialı görünür. Bundan əlavə, məhsulu bütün bucaqlardan göstərmək istəyirinizsə 360 dərəcə dönən məhsul çəkilişi stendləri istifadə edə bilərsiniz.

 

6. Məhsulu model ilə bərabər tanıdın.

Markanızı daha professional göstərmək üçün, eyni zamanda dəri üzərində necə göründüyünü çatdırmaq üçün model ilə çəkilişə ehtiyac ola bilər. Model ilə çəkiliş kosmetika məhsulları çəkilişi zamanı geniş yayılıb və adətən müştərilər də bu tip görüntülərə üstünlük verir. Model fotoları məhsul ilə əlaqə olmalı və diqqəti məhsuldan uzaqlaşdırmamalıdır.

7. Son addım: Düzəliş (Retouch)

Kosmetik məhsul çəkilişi prosesi bitdi, sonrakı addım isə bu görüntüləri işləməkdir. Toz və çirklərin təmizlənməsi, rəng düzəlişlərinin olması və digər tənzimləmələrin aparaldığı proses Retouch adlanır.

Retouch prosesi üçün bəzi tətbiqlərdən anlayışınız olmalıdır. Lakin işin bu hissəsini hər hansısa professionala da həvalə edə bilərsiniz.

Şərh yaz

Şəhlər moderator yoxlanışından sonra dərc olunur.