• Ekspress çatdırılma

    Cəmi 2 saat ərzində

  • Professional yanaşma

    Konsultasiya və dəstək

  • Faizsiz taksit

    Birkart, Tamkart ilə

  • Müştəri xidmətləri

Gündüz uzun pozlama necə edilir?

Gündüz uzun pozlama necə edilir?

Emil Jafarli |

Uzun pozlama texnikası ilə gündüzlər də, yəni çox güclü işıqda da fərqli kadrlar əldə etmək mümkündür. İndi sizə gündüzlər uzun pozlama ilə necə şəkil çəkmək olar, onu izah edəcəm.

 

Uzun pozlama etmək üçün ən birinci diqqət etməli olduğumuz məqam fotoaparatın pərdə sürəti, yəni "Shutter speed" olmalıdır. Bilirik ki, pərdə nə qədər qısa müddətdə açılıb bağlanarsa, çəkilən şəkil bir o qədər kəskin, amma daha az işıqlı olacaq. Məsələn, sürətlə gedən avtomobili 1/20 ilə çəksək daha bulanıq amma işıqlı olacaq, 1/200 ilə çəkdikdə isə bulanıqlıq olmasa da birinci şəkil ilə müqayisədə daha qaranlıq işıq əldə olunacaq. Uzun pozlamada isə istifadə edəcəyimiz pərdə sürətləri daha uzun müddətli sürətlər olacaq. 5 saniyə, 10 saniyə, 30 saniyə və hətta "Bulb" modu. Lakin gecədən fərqli olaraq, gündüz bu qədər uzun müddət pərdə açıq qaldığı zaman fotoaparatımızın sensoru normadan daha çox işıq alır və görüntü "Partlayır". Burada isə, ND filterlər "Neutral Density" köməyə gəlir. Bu filterlər rənglərdən itki vermədən təbii işığı bir qədər azaldır. "Bir qədər" dediyim dəyər də bu filterləri bir birindən ayıran dəyirdir və "Stop" ilə ifadə olunur. 1x, 4x, 8x və s qədər işığı azaldan ND filterlər mövcuddur. (F-stop nədir? buradan oxuya bilərsiniz)

Həmçinin CPL (Circular polarizer) filterlər də sensora daxil olan işığı 1.5 f stop qədər azaldırlar. Bu filterlərin isə əsas üstünlüyü, açıq havada çəkən zaman metal olmayan səthlərdən əks olunmanı minimuma endirməsidir. (Məsələn, avomobil çəkərkən şüşədə kameranın əks olunması kimi)

Filterlər və onların qiymətləri üçün daxil olun.

 

Başqa diqqət olunası hansı məqamlar var?

Yüksək f stop işığı azaldan ND filterlər istifadə olunduğu zaman təəssüf ki digər tərəfdən ağ rəng balansına da təsir etmiş oluruq. Buna görə də fotoları RAW formatında çəksək sonradan ağ rəng balansı üzərində işləmək şansımız olar. (Şəkil formatları haqqında buradan oxuya bilərsiniz)

Təbii ki ikinci diqqət etməli olduğumuz məqam, uzun pozlama zamanı mütləq və mütləq ştativ istifadə etməli olduğumuzdur. Yalnız bu sayədə dənizin üzəri hamar, ipək kimi yumşaq şəlalə və s effektlər əldə etmək mümkün olacaq. Ştativ modellərinə buradan baxa bilərsiniz.

 

Şərh yaz