• Ekspress çatdırılma

    Cəmi 2 saat ərzində

  • Professional yanaşma

    Konsultasiya və dəstək

  • Faizsiz taksit

    Birkart, Tamkart ilə

  • Müştəri xidmətləri

Bulanıq fotoların səbəbi nədir?

Bulanıq fotoların səbəbi nədir?

Emil Jafarli |

Bulanıq fotoların səbəbi nədir?

Fotoaparat ilə çəkməyə yeni başlayanları ən çox narahat edən mövzulardan biri bulanıq (flu) fotoların çıxmasıdır. Bəs nəyə görə bu fotolar bulanıq olur? Bunu düzəltmək üçün nələr edə bilərik?

Gəlin birinci səbəblərinə baxaq.

  1. Yaxşı işıqlandırılmayan yer. Məkanda işıqlanma kifayət qədər olmadıqda, kamera sensoru kifayət qədər işıq almaq üçün pərdə sürətini aşağı salır. Nümunədə göründüyü kimi, aşağı pərdə sürəti ilə çəkilən fotolar daha bulanıq olur.

blur

  1. Subyektin hərəkətli olması. Əlbəttə ki, yavaş pərdə sürəti tək səbəb deyil. Məsələn sürətlə hərəkət edən avtomobil videosu çəkmək üçün ona uyğun tənzimləmələr olmalıdır. Çəkiləcək obyekt nə qədər sürətlidirsə, loru dildə desək zamanı “dondurmaq” üçün yüksək pərdə sürəti lazım gəlir. Məsələn, 1/200 pərdə sürəti ilə çəkilən zaman hələ də bulanıqdırsa 1/500 və daha yüksək dəyərlərə çıxmaq olar.
  2. Fokus nöqtəsinin səhv seçilməsi Xüsusilə də yeni başlayanların ən çox rastlaşdığı problemdir. Çəkmə düyməsinə yarım basıldıqdan sonra, çəkilən fotonun üzərində fokus nöqtələri görünür. O fokus nöqtələrinin doğru yerdə olduğuna əmin olmaq, siqnal səsindən sonra çəkilişi etmək lazımdır.

Problemləri anladıq. İndi gəlin baxaq ki daha kəskin fotolar etmək üçün əlavə nələr edə bilərik.

  1. Fotoaparatı düzgün tutmaq
  2. Subyektə fokuslanmaq və fokus nöqtələrini doğru seçmək
  3. Linzadakı stabilizasiya funksiyasını açmaq
  4. Aşağı ISO dəyəri istifadə etmək
  5. Pərdə sürətini artırmaq
  6. Daha geniş F (diafraqma) dəyəri seçmək
  7. Fləş işıq istifadə etmək

Unutmayın ki, bütün bunlar avadanlığımızdan, çəkilən subyektdən və hava şəraitindən də asılıdır. Misal üçün telefoto linzaları ilə çəkilən daha uzaqdakı subyekt fotoları titrəməyə meylli olduğu üçün daha yüksək pərdə sürəti (shutter speed) seçmək lazım gəlir.

Əgər sən də fotoqrafiya və videoqrafiyanın sirrlərinə yiyələnmək istəyirsənsə, Pixelstudio nun təşkil etdiyi fotoqrafiya, videoqrafiya kursları na qoşula bilərsən. Bizi instagramda izləməyi unutma:

Tex.az

Pixelstudio

Şərh yaz

Şəhlər moderator yoxlanışından sonra dərc olunur.