• Express delivery

    Just in 2 hours

  • Professional service

    Consultation and aftersale service

  • Interest-free loan

    Birkart,Tamkart

  • Custumer care

Yaxşı toy fotoqrafı olmaq üçün diqqət etməli olduğunuz 9 məqam

Yaxşı toy fotoqrafı olmaq üçün diqqət etməli olduğunuz 9 məqam

Emil Jafarli |

  1. Kəşf edin
    Bir toy fotoqrafı olaraq hər şeydən əvvəl ətrafı kəşf edin. İşıq haqqında fikir sahibi olun və yaxşı fotolar çəkə biləcəyiniz yerləri müəyyən edin. Bəy və gəlinin çəkiliş üçün seçdiyi məkan haqqında əvvəlcədən onlarla danışmalısınız. Çəkiliş günündən əvvəl məkana gedin və onların istəklərinə görə nə edə biləcəyinizi müəyyənləşdirin. Hava şəraiti və gözlənilməyən hallar üçün də əlavə planlarınız olsa yaxşı olar.

  2. Avadanlığınızı tanıyın



    Biri fotoqraf olaraq istifadə etdiyiniz avadanlığa tamamilə hakim olmalısınız. Çəkiliş günü yeni bir linza, yeni fotoaparat və ya yeni işığı yoxlamaq üçün qəti şəkildə uyğun bir vaxt deyil. Praktikanızı bəy və gəlin üzərində etməyin. Əgər yeni bir avadanlığınız varsa bir neçə gün əvvəl onu yoxlayın və tam düzgün işlədiyindən əmin olun. Son model biri fotoaparata sahib olmaq ayrı, onun necə istifadə olunduğunu bilmək ayrı. Unutmayın ki, bilgi əksikliyini bağlayacaq kamera və ya linza yoxdur.

  3. İşığa hakim olun

    Əgər işıq olmasaydı, nə foto olardı nə də həyat. Hər bir fotoqraf işığa fərqli şəkildə yanaşır. Hər hansı bir səhnədəki işığı manipulyasiya etmək üçün çox sayda imkan var. Hətta bunların bəziləri bizə təbiət tərəfindən verilir. Bir toy fotoqrafı olaraq birdən çox işıq istifadə etməyə çalışın. Mövcud işığı yaxşı tanıyın və onu yaxşı idarə etməyə çalışın. Həmçinin təbii işıq ilə süni işıqları eyni vaxtda istifadə etməyi də təcübə edin. İşığı daha yaxşı öyrənmək üçün getdiyiniz hər yerə kameranızı özünüzlə götürün və müxtəlif işıq şərtlərində fotolar çəkməyə çalışın.

  4. Səhnə - Kompozisiya


    Səhnəyə fikir verin. Bu bəzi fotoqraflar üçün çox asan olsa da bəziləri üçün üzərində təcrübələr aparamalı olduğu bir bacarıqdır. Toy çəkilişləri günü adətən çox hərəkətli və həyəcanlı olmasına baxmayaraq siz çalışın diqqətli və təmkinli olasınız. Düyməyə basmazdan əvvəl kadrı korlaya biləcək kiçik elementlərin olub-olmamasına fikir verin.

  5. Fayllarınızı kopyalayın


    Bütün foto və videoları mütləq kopyalayın. 1 dəfə kopya çıxarmaq kifayət etməz. Kopyanın da kopyası olsa, daha yaxşı olar. Depolama işini ciddiyə almalısınız. Çünki bütün gün əmək verib çəkdiyiniz fotoların başına bir şey gəlsə heç də xoş mənzərə olmaz. Faylları onlayn bulud sistemində saxlamaqdan əlavə, offlayn qurğularda da saxlayın. SSD, HDD və s.

  6. Yanınızda ehtiyat avadanlıq olsun
    Bildiyimiz kimi. kameralar insan əməyinin məhsuludur və hər birinin məhdud ömrü vardır. Ən pis şeylər isə adətən olmaması lazım anda baş verir. Ən önəmli bir anı çəkərkən kameranızın sizi yarı yolda qoyması ehtimalını nəzərə alaraq yanınızda ikinci bir kamera olsun. Tez-tez linza dəyişmək yerinə bir neçə kamera istifadə etsəniz, həmin günün sürətinə daha yaxşı adaptasiya ola bilərsiniz. Lakin ən önəmlisi, bütün avadanlıqlarınızı yaxşı tanımaq və yarana biləcək hər hansı bir texniki nasazlığı aradan qaldıra biləcək biliklərə sahib olmaqdır.

  7. Əşyalarınızı səliqəli tutun
    Ağır avadanlıqları istifadə etmədiyiniz zaman qonaqların yolunun üstündə olmayan bir yer tapın. Bir ədəd böyük, bir ədəd kiçik kamera çantası istifadə etmək bir çox fotoqrafın seçdiyi metoddur. Kiçik olanı daha sıx istifadə etmək, böyük olana isə ehtiyac olduqca müraciət etmək daha səliqəli və daha təmiz iş deməkdir.

  8. Öz üslubunuz olsun
    Həm çəkilişdə, həm də Lightroomda fotoları işləyərkən öz üslubunuzu müəyyən edin və ona sadiq qalın. Bu sizin professional imic yaramağınıza kömək olacaq. Nəzərə alın ki üslubunuz olmasa, bəy və gəlinə bir çox seçim təqdim etsəniz onlar da qərar verməkdə çətinlik çəkəcək.

  9. Görünməz olun!
    Ən son ipucu: Görünməz olun. Ən yaxşı toy fotoqrafı orda olduğu yada düşməyən və xatırlanmayan fotoqrafdır. Yalnız bu zaman ən yaxşı kadrları əldə edə bilərsiniz.

Leave a comment

Please note: comments must be approved before they are published.