LED 660 PRO Bi-Color video işıq paneli
- Rəsmi zəmanətZəmanət talonu ilə
- 14 gün qaytarmaİstifadə olunmamış məhsul
- 2 saata çatdırılmaBakı daxili, bölgələrə 1–3 gün
- Mağazada baxAriana Biznes Mərkəzi, 10:00–22:00
Təsvir
LED 660 PRO — isti-soyuq ağ işığı olan bi-color LED video işıq panelidir. Video, müsahibə, canlı yayım, məhsul və portret çəkilişlərində əsas və ya köməkçi işıq kimi istifadə olunur. 4 qapaqlı barndoor işığın istiqamətini və formasını tənzimləyir, pultla parametrləri uzaqdan dəyişirsiniz.
Əsas xüsusiyyətlər
- İşıq: bi-color — isti-soyuq ağ işıq
- Pult: ON/OFF, ox düymələri, rəng temperaturu düymələri CT+ və CT−
- Barndoor: 4 qapaq — işığın istiqamətini və formasını tənzimləyir
- Bərkitmə: U formalı dayaq — bərkitmə vintləri ilə bucağı tənzimlənir, işıq dayağına bərkidilir
- Qidalanma: AC/DC adapter — giriş AC 100–240V, 50/60Hz, çıxış DC 12V 5A
- Batareya: NP-F batareya ilə də işləyir (batareyalar dəstə daxil deyil)
Dəstdə
Barndoor ilə LED 660 PRO panel, AC/DC adapter, pult, daşıma çantası. İşıq dayağı dəstə daxil deyil.
Xüsusiyyətlər
- Dəyişən rəng temperaturu (CCT)
- Var
- NP-F batareya dəstəkli
- Var
- Daşıma çantası
- Var
Kreditlə alış
Mağazamızdan seçdiyiniz bütün məhsulları tək şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərsiniz. Həmçinin Birkart, Tamkart, Leokart taksit kartı vasitəsilə 12 aya qədər foto video texnikanı taksit ilə almaq mümkündür. Bundan əlavə, məhsullarımızı Birmarket platforması üzərindən, 24 ayadək kreditlə əldə edə bilərsiniz.
Çatdırılma məlumatı
Məhsulu istəyə görə çatdırılma ilə sifariş edə bilərsiniz. Bakı və bölgələrə çatdırılma təşkil olunur. Çatdırılma müddəti 1-12 saat arasıdır.













