• Ekspress çatdırılma

    Cəmi 2 saat ərzində

  • Professional yanaşma

    Konsultasiya və dəstək

  • Faizsiz taksit

    Birkart, Tamkart ilə

  • Müştəri xidmətləri

Fotoqrafın etməməli olduğu 7 vacib maddə

Fotoqrafın etməməli olduğu 7 vacib maddə

Emil Jafarli |

Fotoqrafın etməməli olduğu 7 vacib maddə

Fotoqrafiya maraqlı, bir o qədər də çətin sənətdir. Bu yolda irəliləyərkən bəzi yeni başlayanlar bir çox səhv edir. Tex.az olaraq onları araşdırdıq və təcrübələrimiz əsasında aşağıdakı siyahını hazırladıq. Ən çox yol verilən 7 səhvi sizinlə paylaşırıq.

  1. İstifadə olunan avadanlığa qarşı diqqətsizlik etmək. İstifadə etdiyiniz avadanlığa qarşı heç var hörmətsizlik və diqqətsizlik etməyin. Onları keyfiyyətli çantalarda daşıyın. Əgər müxtəlif məkanlarda çəkilişlər edirsinizsə çantanızın suya davamlı olmasına fikir verin. Əgər belə deyilsə, daima çantanızda poletilen paket olsun. Avadanlıqların zərər görmələrinə icazə verməyin. Məsələn linzaları qapaq ilə saxlayın və istifadə zamanı keyfiyyətli UV filter ilə istifadə edin. Kamera və avadanlıqlarınızı gecə avtomobildə saxlamayın. Çünki kəskin dəyişən hava şəraiti kamera sensorlarına və digər hissələrinə mənfi təsir edir.

  2. Başqa bir fotoqrafı istifadə etdiyi avadanlığa görə qınamaq Bir çoxumuz tez-tez avadanlıq və linza dəyişirik, təcrübə edirik. Lakin, istifadə olunan giriş səviyyəli fotoaparat yaxud da kit linza sizi yaxşı şəkil çəkməkdən uzaq tuta bilməz. O cümlədən də bahalı avadanlıqlar bu işi professional edə biləcəyiniz demək deyil. Buna görə də rəqiblərinizdə gördüyünüz bahalı avadanlıqlar sizi öz avadanlıqlarınızdan soyutmasın. Onları sevin, və işinizə fokuslanın.

  3. Kameranın hazır rejimlərinə güvənməyin Kamerada çox sayda hazır rejimlər ola bilər. Qar, aksiyon, günəşli və s. Lakin kamerada 3 ana dəyişən var:
    ISO
    Pərdə sürəti
    Diafraqma
    Kamerada olan hazır rejimlər daxil bütün rejimlər bu 3 faktorun necə dəyişdiyi ilə əlaqəlidir. Bunları öyrənmək sizin fotoları daha yaxşı anlamağınıza kömək edəcək. Başlanğıcda M(Manual) rejimi ilə çəkə bilməsəniz də AV, TV rejimləri ilə başlaya bilərsiniz. Kamera rejimləri ilə bağlı ətraflı buradan oxuya bilərsiniz

  4. Başqalarının çəkdiklərini kopyalamaq Günümüzdə fotosu çəkilməyən obyekt demək olar ki yoxdur. Çəkmək istədiyiniz mənzərə ya da makro foto mütləq ki dünyanın hansısa yerində daha əvvəl çəkilib. Lakin əsas olan bu fotolardan ilhamlanaraq, hətta oxşar belə olsa öz üslubunuzda nəsə ortaya qoya bilməkdir. İlham almaqdan heç vaxt çəkinməyin.

  5. Fotoları özünüz üçün saxlamayın Çəkdiyiniz işləri özünüz üçün saxlamayın. Onları paylaşın, insanlar görsün. Saxladığınız faylları isə fləş kart yaxud da sərt diskdən əlavə bulud sistemlərində də saxlamağa çalışın. Bu onları daha da güvənli edəcək. Flickr, 500px, imageshack bunlardan bəziləridir.

  6. Kömək istəməkdən çəkinmək Qüruru bir kənara qoymaq və kömək istəmək lazımdır. İnternet olmayan vaxtlarla müqayisədə indi imkanlar daha genişdir. Bilmədiyiniz bir sualın cavabı əlbəttə ki forumlarda və bloqlarda var. Google axtarış sistemini effektiv şəkildə istifadə edin.

  7. Hər şeyi bildiyini düşünmək və öyrənməyi saxlamaq İnternetin ən gözəl cəhətlərindən biri orada öyrənmək üçün sonsuz sayda materialların olmasıdır. Bloglar, youtube kanalları, informativ səhifələr və s. Əgər siz də öyrənmək istəyirsinizsə bu kanalları tapın və abunə olun. (Bizim instagram səhifəmizi də izləyin ;))

Şərh yaz