• Экспресс-доставка

    Всего за 2 часа

  • Професиональные услуги

    Консультации и послепродажное обслуживание

  • Беспроцентный кредит

    Биркарт,Тамкарт

  • Забота о клиентах

Uşaq fotoları çəkmək üçün ipucları

Uşaq fotoları çəkmək üçün ipucları

Emil Jafarli |

Uşaq fotoları çəkmək üçün ipucları

 

Həyatda çox az şey bir körpənin şəkillərini çəkmək qədər zövqverici və dəyərli ola bilər. Aşağıda bu fotoları daha yaxşı və təsirli edə bilməyiniz üçün edə biləcəyiniz bir neçə addımla tanış ola bilərsiniz.

  1. Çəkməkdən çəkinməyin!
    Uşaqların əvvəlcədən nə edəcəklərini heç vaxt bilə bilmərik. Ona görə də ən yaxşı pozanı tutmaq üçün gözləməyin. Siz çəkin, bəlkə 30 fotodan biri ən yaxşı poza olacaq. Kifayət qədər gün işığından istifadə etdiyinizi nəzərə alaraq ISO-nu 100-400 arasında saxlayın və geniş diafraqma istifadə edin. (F2-F8). Fotoaparatınızın çəkim rejimi isə sürətli çəkim rejimində olsun.

  2. İşığı idarə edin
    Ən yaxşı uşaq fotoları təbii gün işığının bol olduğu gündüz vaxtı çəkilir. Şiddətli birbaşa düşən günəş işığı əvəzinə pəncərədən gələn daha yumşaq işığa üstünlük vermək lazımdır. Linza olaraq isə standart 50mm linza bu iş üçün uyğundur. Kameranızı AV (aputure priority, diafraqma üstünlüklü) rejiminə gətirin, yüksək diafraqma və aşağı ISO seçin. Düzgün pərdə sürətini kamera özü tapacaq. Qaranlıq yerləri doldurmaq üçünsə flash istifadə edin. Flash modelləri.

  3. Oynayın
    Uşaqlarla çəkiliş etməyin ən çətin tərəflərindən biri də budur. Uşaqda müəyyən reaksiya yaratmaq, onu güldürmək üçün bəzən çox hərəkətlər etməli olmaq lazım gəlir. Gizlənmək, gülmək, onun xoşuna gələcəkləri hərəkətlər etmək. Bu zaman isə kadrları qaçırmamaq üçün sürətli olmaq lazımdır

  4. Sadə arxa fonlar
    Sadə uşaq şəkilləri çox vaxt ən yaxşılarıdır. Çox göstərişli və parlaq arxa fonlara ehtiyac yoxdur. Ağ, boz yaxud da bej rəng fonlar kifayətdir. Spot metering istifadə edin və gözlərinə fokuslanın.

Tövsiyyə olunan nizamlamalar

Adətən uşaq fotoları çəkərkən tərəddüt etməmək və sürətli olmaq lazımdır. Buna görə də yüksək pərdə sürəti seçilməlidir. Gözəl bir anda çəkilmiş fotonun bulanıq düşməməsi üçün pərdə sürəti 1/250 və daha yüksək tutmağa çalışın.

Tövsiyyə olunan avadanlıqlar

Bir fotoaparat və 50mm linza uşaq portretləri üçün kifayət edir. F/1.8 və daha sürətli diafraqma istifadə edin ki, yüksək pərdə sürətlərinə çıxa biləsiniz. Gümüş qaytarıcı ya da ağ difuzer ilə işığı yumşaltmaqla daha soft və yaxşı görüntü əldə edə bilərsiniz.

Əlavələr

Uşaqlar onsuz da gözəldir. Bir çox halda xüsusi kompozisiyaya ehtiyac qalmadan çox gözəl fotolar əldə etmək mümkün olur. Onlarla mümkün qədər səmimi, dostcanlı olun. Əgər sizin gərgin və stresli olsanız uşaqlar bunu çox rahat hiss edər. Uşaq fotoları çəkərkən rahat və sakit olmalısınız. Əgər uşaq narahatdırsa fasilə verin.

Написать комментарий

Обратите внимание: комментарии должны быть одобрены до их публикации.