Nikon fotoaparatları ilə maraqlananların qarşısına tez-tez DX və FX ifadələri çıxır. Bəs nədir bu DX və FX? Biz əlimizdəki fotoaparat üçün linza alarkən DX yoxsa FX linza almalıyıq?
FX Full frame (tam kadrlı) sensoru əvvəlki filmli kameralarda olan bir film kadrı böyüklüyündədir. (Full frame və crop sensorlar haqqında ətraflı buradan oxuya bilərsiniz. ) Əvvəlki 35mm kameralar FX dəstəklidir. Nikonun FX cihazlarına misal: D700, D3, D3s və s.
FX Body nin üstünlükləri:
- Daha çox piksel, daha yüksək ISO performansı
- Dərinlik (DOF) azalır. Bu da portret və makroda işimizə yarayır
- Crop faktoru olmadığı üçün görüntü tam olur
FX Body nin mənfi cəhətləri:
- Qiymətləri baha olur
- Geniş bucaqlarda kənarlarda performansı yaxşı olmaya bilir
DX body kameralard isə FX-ə nəzərən daha kiçik sensorlar istifadə olunur. Bunlar FX-ə görə 1.5x cropludur. FX formatda istifadə etdiyiniz 50mm fokal uzunluğlu linza DX body-da 75mm olaraq effekt verir. D300, D90, D5000, D5100, D3200 və s. modelləri də DX bodylara misal ola bilər.
DX Body üstünlükləri:
- Sensor linzanın mərkəzində olduğundan kənar detallar daha dəqiq olur
- Ucuzdur
- Crop faktor olduğu üçün telefoto linzalar daha çox zoom edə bilir.
- FX linzalar da istifadə oluna bilir
DX Body mənfi cəhətləri:
- Yüksək ISO-larda pis performans
- FX -ə nəzərən daha aşağı megapixel
Bəs linza alarkən hansını alaq?
Linzaların dairəvi görüş sahəsi var. Sensor isə bu görüntüdən dördbucaq şəklində bir hissəni qeyd edə bilir. Əlimizdə FX sensorlu bir body var və bunu DX bir linza ilə istifadə etsək dördbucağın kənarlarından görüntünü itiririk. Tam tərsində isə, yəni DX sensor ilə FX linza istifadə etsək görüntü itkisi olmur lakin 1.5 crop səbəbindən çəkilən kadr daha az sahəni əhatə edəcək.