• Экспресс-доставка

    Всего за 2 часа

  • Професиональные услуги

    Консультации и послепродажное обслуживание

  • Беспроцентный кредит

    Биркарт,Тамкарт

  • Забота о клиентах

Hansı fayl formatını seçək? JPEG? TIFF? RAW?

Hansı fayl formatını seçək? JPEG? TIFF? RAW?

Emil Jafarli |

Fotoaparatdakı fayl formatlarını tanıyaq


Bəli, fotoaparatı götürdün, düyməsini sıxdın və fotonu çəkdin. Hər şey hazırdır. Bəs çəkilən foto hara gedir? Təbii ki fotoaparata taxılan yaddaş kartına. Amma daha önəmli sual odur ki, yaddaş kartına nə qədər şəkil yerləşər? Bu sualın cavabı sadəcə bir faktordan asılıdır: Şəklin keyfiyyəti. Çox sayda şəkil formatları mövcuddur ki bunlar özündə fotoqrafik məlumatları (həmçinin metadata məlumatlarını) saxlayır. Lakin biz formatı özümüz seçərək qərar verə bilərik ki, bu məlumatların nə qədəri saxlansın, nə qədəri saxlanmasın. Bu sıxışdırılma adlanır, yəni, "Compression" dediyimiz məsələ budur.

3 əsas şəkil formatı mövcuddur: JPEG, TIFF və RAW

1. Faylın sıxışdırılması.

Faylın sıxışdırılması 2 yolla baş verə bilər. İtki ilə və ya itkisiz. İtkisiz sıxışdırılma alqoritması bütün informasiyanı faylda saxlayır. Digər tərəfdən, itki ilə olan sıxışdırılma alqoritması isə faylın ölçüsünü kiçildərkən bu şəklin keyfiyyətində özünü göstərir. Aşağıdakı nümunəyə baxaq:

2. JPEG

Jpeg formatı (Joint Photographic Expert Group) rəqəmsal şəkilləri saxlamaq üçün ən geniş yayılmış formatdır. JPEG formatı ilə çəkən zaman yaddaş kartına daha çox şəkil yerləşdirmək olur. Bu həmçinin daha sürətli metoddur. Həm şəkilləri karta yazarkən, həm də sonradan şəkil üzərində müəyyən dəyişikliklər edərkən. Lakin, JPEG yuxarıda qeyd olunan 3 formatdan ən pisidir. Çünki buradakı alqoritm, faylı sıxışdırarkən bir bir çox data-nı ixtisara salır və sonradan bunların bərpası mümkün olmur. JPEG alqoritması adətən 10:1 və 20:1 arası sıxışdırılma nisbəti ilə sıxışdırır. Həmçinin bu dəyəri fotoaparat nizamlamalarından dəyişmək mümkündür. Lakin unutmaq olmaq ki, JPEG formatı bir çox lazımlı datanı ixtisar etdiyi üçün sonradan foto üzərində bəzi işlər görmək çətinləşir (məsələn rəng dəyişikliyi, kəskinlik, ölçünü böyütmək və s). Bundan əlavə, hər dəfə yenidən "edit" olunan və "save" olunan şəkil hər dəfə öz keyfiyyətindən daha da itirir. Bunu kserokopiya kimi düşünə bilərsiniz.

3. TIFF

TIFF (Tagged Image File Format) standart foto formatı olaraq qəbul olunub. Çünki bu formatın həm çox böyük həcmli olmur həm də itkisiz sıxışdırılma alqoritmasını istifadə edir. Yəni sıxışdırılma zamanı şəklin deqradasiyası baş vermir. JPEG şəkillərdən fərqli olaraq, TIFF formatında olan şəkli yenidən edit etmək və dəfələrlə yenidən yaddaşda saxlamaq olar. Bu zaman şəkil keyfiyyəti originaldakı kimi qorunur. TIFF konfiqurasiyasının 2 növü var: 16 və 8 bit. 16 bit daha çox informasiya saxlayır və sonradan daha çox dəyişikliyi etməyə imkan yaradır (məsələn saturasiya, rəng balansı, kontrast dəyişikliyi və s). 8 bit isə daha çox fotoları arxivləmək və çap etmək üçün əlverişli hesab olunur və daha az yer tutur. 1 TIFF faylının ölçüsü 48 MB-a qədər ola bilir. Lakin əksər fotoaparatlar bu formatı dəstəkləmir.

 

4. RAW

RAW, ingilis dilində tərcüməsindən də göründüyü kimi, xam, işlənməmiş görüntü formatıdır. Bu formatı əvvəlki neqativ plyonkaların rəqəmsal variantı kimi düşünmək olar. Çünki bu da eyni sistem ilə işləyir. Neqativdə olduğu kimi, RAW fayllarını da jpeg və tiff formatına çevirib baxmaq üçün onu əvvəlcə emal etmək lazımdır. Həmçinin bu faylların çox geniş dinamik aralığı var. Bəs RAW formatında çəkməyin üstünlüyü nələrdir? Əgər çəkilən şəkil üzərində sonradan rəqəmsal "qaranlıq otaqda" iş görmək lazım gələcəksə, o zaman RAW formatda çəkilir. Misal üçün qapalı məkanda foto çəkdiniz, amma işıq balansını düzəltməyi unutdunuz, açıq havadakı nizamlamada qaldı. RAW-da çəkilən fotolarda rəng datası qorunub saxlanır və sonradan rəng balansı, kontrast və s kimi nizamlamaları etmək mümkündür.

 

Yekun

Əgər hələ də özünüzə bu sualı verirsinizsə, hansı formatda şəkil çəkmək? Bu sualın cavabını da özünüz verə bilərsiniz. Əgər gələcəkdə foto üzərində dəyşiklik edib daha fərqli nəticələr almağı düşünürsünüzsə, RAW format sizə uyğundur. TIFF və RAW formatlarında olan şəkillər daha çox yer tutur lakin şəklin keyfiyyətini olduğu kimi qoruyub saxladığı üçün professional fotoqraflar tərəfindən tövsiyə olunur. RAW formatının mənfi əsas mənfi cəhəti odur ki, RAW üçün qəbul olunmuş müəyyən standart yoxdur. Hər bir kamera istehsalçısı özünün RAW standartlarını formalaşdırır. JPEG isə ən geniş yayılmış formatdır. Çox az yer tutur və çox sürətli köçürmələr etmək mümkündür.

Написать комментарий

Обратите внимание: комментарии должны быть одобрены до их публикации.