F-Stop
İstər linza seçərkən, istər filter alarkən, istərsə də fotoların dəyərləndirmələrinə baxarkən F-stop ifadələri ilə çox rastlaşırıq. Məsələn, bu foto 1 F stop daha çox pozlanıb, yaxud da, ND filter 2 F stop daha az işıq alır.
Bəs bunlar nəyi ifadə edir?
Oxumağa davam edin.
Sadə dildə desək, diafraqma, pərdə sürəti və ISO dəyərlərinin hər bir addım dəyişməsi nəticəsində sensera düşən işıq miqdarının dəyişməsinə stop deyilir. Bildiyimiz ki, diafraqma dəyərləri F/1.2, F/1.4, F/1.8, F/2, F/2.8, F/4, F/5.6, F/8, F/11, F/16 və s. kimi dəyişir. Bu dəyərlərin hər biri 1 stopu bildirir. Yəni, F/1.8 ilə çəkilən foto F/2 ilə çəkilən fotoya nəzərən 1 stop daha çox pozlanıb və sensor 2 dəfə daha çox işıq alıb. Oxşar formada, pərdə sürəti dəyərləri arası da 1 stopa bərabərdir. 1/30 pərdə sürəti 1/60 a görə 2 dəfə daha çox işıq təmin edir. 1/30 dəyəri 1/60 a görə, 1/60 da 1/125- ə görə 1 stop daha işıqlıdır. Diafraqma ilə pərdə sürətinin bir birinə tərs mütənasib olduğunu unutmayın.
Bir nümunəyə baxaq. F/2 diafraqma və 1/60 sürəti ilə ideal çəkilmiş fotonu yenidən F/2 diafraqma ilə, lakin bu dəfə 1/30 sürət ilə çəkdiyiniz zaman 1 stop daha çox pozlama baş verir və şəkilin müəyyən yerlərində işıqların normadan çox olduğu görünür. Sürəti dəyişmədən kompensasiya etmək üçün diafraqmanı 1 stop azaltmaq lazımdır. Yəni, F/2.8 və 1/30. Bu dəyərlər F/2 və 1/60 ilə eyni nəticəni verəcək.
Bütün bu nizamlamalarda isə ISO dəyərini köməkçi faktor olaraq düşünə bilərsiniz.