• Ekspress çatdırılma

    Cəmi 2 saat ərzində

  • Professional yanaşma

    Konsultasiya və dəstək

  • Faizsiz taksit

    Birkart, Tamkart ilə

  • Müştəri xidmətləri

Videoqrafiya kursları

Videoqrafiya kursları

Emil Jafarli |

Tex.az olaraq bu günə qədər yüzlərlə müştərimizi foto və video avadanlıqlarla təmin etmişik. Öncəliyimiz hər zaman yüksək keyfiyyət və münasib qiymət olmuşdur. Bununla bərabər, izləyicilərimizi bu sahədə daha çox informasiya ilə təmin etmək üçün həm instagram səhifəmizdə, həm də saytımızda məlumat xarakterli postlar paylaşmışıq. Biz buna inanırıq ki, bu sahənin inkişafı hər kəs üçün çox faydalıdır. Sizdən geridönuşləri almaq bizi daha da motivasiya etdiyi üçün bu işi bir az da genişləndirmək qərarına gəldik. Bildirmək istərdik ki, Tex.az nəzdində yaratdığımız Pixelstudio-da biz videoqrafiya kurslarına start veririk. Kurslara qoşularaq siz studiomuzda nəzəri və praktik dərslərdə iştirak edərək çəkiliş sirrlərinə yiyələnə, montaj, səs, səhnə qurulması, avadanlıqların iş prinsipi, ssenari yazılması və digər mövzuları öyrənə bilərsiniz. Praktik dərslər ən son model avadanlıqlarla keçirilir. Videoqrafiya kursu sonunda sertifikatla təmin olunacaq və sərbəst şəkildə videolarınızı çəkib montaj edə biləcəksiniz. İstər videoqrafiya sahəsinə yeni giriş edənlər üçün, istərsə də öz mağazasının, markasının tanıtımını etmək istəyənlər üçün bundan gözəl fürsət ola bilməzdi. Tex.az izləyicilərinə isə xüsusi endirim nəzərdə tutulub. 

Pixelstudionun təşkil etdiyi videoqrafiya kursuna qoşulmaqla siz nə əldə edəcəksiniz?

✅ Hollywoodda istifadə olunan professional montaj proqramı “Davinci Resolve” ilə montaj
✅ Videoqrafiyanın nəzəriyyəsi
✅ Kamera ilə davranış qaydaları
✅ Çəkiliş qaydası. Foto və video çəkilişin əsasları. Ssenariyə uyğun kamera tənzimləmələri
✅ İşıqlandırma. Müxtəlif məkanlarda müxtəlif əhval-ruhiyyəni yaratmaq üçün işıqlar necə qurulmalıdır
✅ Səs ilə iş, mikrofonlar
✅ Xüsusi effektlər
✅ Rəngləndirmənin əsasları
✅ Praktiki çəkilişlər. Birlikdə məhsul çəkilişi edəcəyik
✅ Hər şeyi sıfırdan öyrədirik. Heç bir biliyinizin olması tələb olunmur
✅ Dərslər professional kamera və avadanlıqlar ilə keçirilir
✅ Hər hansı avadanlığınızın olması tələb olunmur (sadəcə notebook kifayətdir).
✅ Bizim mağazamız olan Tex.az dan tələbələrimizə özəl endirimlər.
✅ Kursu yüksək nəticə ilə bitirən tələbələrin bizim komandada qalıb işləmək imkanı var.

Kurslar barəsində tam məlumat əldə etmək üçün Pixelstudio-nun instagram səhifəsinə yaza və ya 📞 077 338 10-01 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Şərh yaz